Magistr və rezident olmaq istəyənlərin nəzərinə

Magistr və rezident olmaq istəyənlərin nəzərinə
15:38 4 Aprel 2017
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 9-da keçiriləcək imtahanlarda iştirak edən şəxslər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilər.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumatda bildirilib ki, magistratura və rezidenturaya qəbul imtahanının 1-ci mərhələsində, eləcə də Azərbaycan dili (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi” ni çap edə bilər. “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün Dövlət İmtahan Mərkəzinin saytının müvafiq səhifəsinə daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etmək lazımdır. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi yer, saat, “Yaddaş kitabçası”ndan çıxarış və s. zəruri məlumatlar əks olunur.

İmtahan gələrkən iştirakçılar şəxsiyyəti təsdiq edən sənədi və “imtahana buraxılış vərəqəsi”ni gətirməlidir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/193728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR