Türkiyənin döyüş gəmiləri rus limanına daxil oldu

Türkiyənin döyüş gəmiləri Novorossiysk limanına daxil olub.

Metbuat.az bildirir ki, "Dəniz Ulduzu 2017" adı altında keçiriləcək təlimdə iştirak etmək məqsədi ilə Türkiyənin "Büyükada" və "Barbaros" döyüş gəmiləri sözügedən limana gəliblər.

Türk gəmilərində xidmət edən hərbçilər səfər çərçivəsində şəhərin müxtəlif yerlərini ziyarət edəcəklər. "Qəhrəmanlar" meydanında əbədi məşəl kompleksinin önünə əklil qoyulması və yerli hərbi-dəniz bazasının komandanlığı ilə futbol matçının keçirilməsi də planlaşdırılır.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR