Danışıqların növbəti mərhələsi Bakıda keçiriləcək

Danışıqların növbəti mərhələsi Bakıda keçiriləcək
15:52 4 Aprel 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

"Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi aprelin axırı Bakıda keçiriləcək".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsinin mətbuat katibi Maya Kosyançiç deyib.

Onun sözlərinə görə, yeni saziş tərəflər arasında qarşılıqlı səmərəli əməkdaşlıq və siyasi dialoq üçün yenilənmiş baza təqdim edəcək.

Qeyd edək ki, yeni sazişlə bağlı danışıqların ilk mərhələsi fevralın 7-i Brüsseldə baş tutmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/531993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR