"Yuventus"dan Kosta bombası

"Yuventus"dan Kosta bombası
15:57 4 Aprel 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un bu yay heyətinə qatmaq istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.Az xəbər verir ki, Turin klubu "Bavariya"nın Duqlas Kostaya göz dikib.


"FOX Sports İtaliya"nın məlumatına görə, "Yuventus"un almanlara təklif edəcəyi məbləğ də artıq bəllidi. İtalyanlar braziliyalı sol cinah futbolçusu üçün 35 milyon dollar ödəməyə hazırdı.


Qeyd edək ki, "Bavariya" Kostanı 2015-ci ildə "Şaxtyor"dan 35 milyon avroya alıb. Braziliyalı futbolçu cari mövsümdə 27 rəsmi oyuna çıxıb və 7 qol vurub.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotyuventusquotdan-kosta-bombas-t57337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR