Suriyada kimyəvi silah hücumu: 58 ölü, 215 yaralı

Suriyada kimyəvi silah hücumu: 58 ölü, 215 yaralı
15:58 4 Aprel 2017
509 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada rejim qüvvələri İdlib vilayətində müxalifət qüvvələrinə qarşı hava əməliyyatının gedişatında kimyəvi silahdan istifadə edib.

Publika.az xəbər verir ki, bu haqda İdlib vilayətindəki Mülki Müdafiə Qrupunun səlahiyyətlisi Enes Barakat “Anadolu” agentliyinə açıqlamasınmda deyib.

Məlumata görə, bu səhər erkən saatlarında Suriya ordusuna aid döyüş təyyarələri, İdlib vilayətinin cənubunda yerləşən Xan Seyhun diyarına xlor qazı ilə hücum ediblər. Kimyəvi silah hücumunda 58 nəfər ölüb, 215 nəfər qazdan təsirlənib. Suriya İnsan Haqları Müşahidə Təşkilatı ölənlərdən 11-nin uşaq olduğunu bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kimyəvi silah hücumunun qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, hücum Suriya böhranın həlli üzrə aparılan Astana danışıqlarına zərər vurur.

“Röyters” agentliyinə danışan Suriya ordusundan bir mənbə hücumda kimyəvi silahdan istifadə etdiklərinə dair iddiaları rədd edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR