Bu gün onu itirdiyimiz gündür

Yanımızda olmasa, da qəlbimizdə yaşayan insanlar var. Aylar, illər keçsə də, adları dillimizdən düşməyən, hər dəfə xatırladıqca qürurlandığımız insanlar... Onlardan biri də Şəhid Müşfiq Orucovdur.

Həyata vaxtsız gözünü yuman Müşfiq Orucov 1994-cü ildə Bakıda doğulub. O, 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub. Müşfiq Orucov 700 balla Azərbaycan Texniki Universitetinin avtomatika və kompyüter texnikası fakültəsinə qəbul olub. Müşfiq təhsil aldığı müddətdə pul qazanmaq üçün müxtəlif işlərdə çalışıb. Zəhmətkeş Müşfiq evin tək oğlu olub.

2016-ci ilin aprelin 4-ü, anaların saçını vaxtsız ağardan, ataların belini qıran o gün... O gün aramızdan zəhmətkeş Müşfiq də ayrıldı.

Artıq Müşfiqin şəhadətindən bir il ötür. Bizə isə sadəcə ondan yadigar fotolar və videolar qalır..

Allah rəhmət eləsin..


Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR