AA seriyalı nömrələri kimlər ala bilər? - DYP-dən açıqlama

AA seriyalı nömrələri kimlər ala bilər? - DYP-dən açıqlama
16:12 4 Aprel 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

İdarə etdiyi avtomobildə AA seriyalı nömrə nişanının olmasını bəzi sürücülər prestij hesab etsə də, buna adi yanaşanlar da az deyil.

Bəs AA seriyalı nömrələr kimlərə verilir? Adi vətəndaşlar bu seriyadan olan nömrəni necə ala bilərlər?

Mili.Az modern.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev bu suallarına cavab verib.

Kamran Əliyev deyib ki, əlifbanın ilk hərifi ilə başlayan AA seriyalı nömrə nişanları yalnız dövlət orqanlarına məxsusu avtomobillərə deyil, həm də hüquqi şəxslərə verilir. 

"Bu seriyalı maşınlar həm özəl, həm də dövlət sektoruna məxsusdur. Yəni AA seriyası hamının zənn etdiyi kimi, yalnız dövlət orqanlarına məxsus olan avtomobillərə aid qeydiyyat nişanı deyil. Bu, şərti olaraq ona görədir ki, hüquqi və fiziki şəxslərə verilən nəqliyyat vasitələrinə aid dövlət qeydiyyat nişanlarını müəyyənləşdirmək mümkün olsun. Burada konkret olaraq A,B,C hərflərinin olması mütləq deyil. Bir çox hərflərlə başlayan seriyalar var ki, onlar da hüquqi şəxslərə məxsusdur. Bu, elə bir ciddi önəm daşımır. Sadəcə belə qəbul olunub ki, AA, AB, AC seriyası hüquqi şəxslərə məxsus nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Digər hərflərlə başlayanlar isə fiziki şəxslər üçün nəzərdə tutulub".

Şöbə rəisi həmçinin bildirib ki, adi vətəndaşlar - fiziki şəxslər bu seriyadan olan nömrəni ala bilməzlər. 

"Amma istənilən hüquqi şəxsə bu nömrə verilə bilər. Eyni zamanda, dövlət orqanında çalışan dövlət qulluqçularının xidməti maşınlarına da AA seriyalı nömrə nişanı verilir. Çünki konkret olaraq bu seriyaların hüquqi şəxslərə verilməsi nəzərdə tutulub. Ona görə fiziki şəxs istəsə də AA seriyalı nömrə ala bilməz".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR