"Qaldır məni" yeyin...

Tiramisu İtaliyanın ən populyar desertlərindən biri sayılır. Mənası "qaldır məni" adlanır.

Metbuat.az xəbər verir ki, artıq bu şirniyyatı restoran və kafelərdə yox, evdə hazırlaya biləcəksiniz.

Tiramısu hazırlamaq üçün lazım olan ərzaqlar:

3 ədəd yumurta

100 qr şəkər tozu

200 qr maskarpone pendiri (yağsız qaymaq)

20 ədəd savoyardi ( tiramisu peçenyesi)

Kakao və qəhvə

Hazırlanmanma qaydasına gəldikdə, öncə yumurtaların ağını sarısından ayırın. Yumurtaların ağını mikserlə 15 dəqiqə çalın. Qarışım bize halına gəlməlidir və qabı əyəndə tökülməməlidir. Sonra yumurtanın sarısı ilə şəkər tozunu mikserlə qarışdırın. Şəkər tozu tam əriyəndən sonra üzərinə maskarpone pendirini əlavə edib, qarışdırın. Daha sonra bizeni də qaşıq-qaşıq kremə tökün. 1 x/q qəhvəni 1 stəkan suda həll etdikdən sonra kasaya tökün. Savoyardiləri bu sousa batırıb, tiramisunu hazırlayacağınız qabın dibinə düzün. Üzərinə krem sürtün. Bu prossesi yenidən təkrarlayın ki, tort 2 qat olsun.

Kremin üzərinə ələklə kakao səpin. Kakao keyfiyyətli olmalıdır ki, tiramisu yeyilərkən dadı acı olmasın.

Bir neçə saat saxladıqdan sonra servis edə bilərsiniz.

Nuş olsun !

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR