ŞOK: Türkiyədə çevriliş cəhdindən öncə ABŞ hərbi texnika göndərib

ŞOK: Türkiyədə çevriliş cəhdindən öncə ABŞ hərbi texnika göndərib
16:27 4 Aprel 2017
131 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı Akıncı hərbi bazası iddianaməsində yeni bir detal ortaya çıxıb.

Milli.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, iddianəmədə ABŞ-ın Akıncı bazasına çevriliş cəhdindən öncə silah-sursat göndərdiyi məlum olub.

Kayseridən qalxan 2 nömrəli yük təyyarəsində yükləmə texniki vəzifəsini icra edən Sinan Sarının ifadəsinə diqqət yönəlib.

Sarı ifadəsində: "Bayramın birinci günü - yəni 5 iyulda səlahiyyətli şəxs kimi ABŞ-ın "Mc Guire" meydanına getdim. ABŞ-dan aldığımız silah-sursat və hərbi texnikanı Ankara Akıncı Hava Limanına endirdik. Burada texnikanı təhvil verdikdən sonra hərbi hava bazasına qayıtdıq", deyib. 

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR