Bank VTB-nin idarə heyətinə yeni sədr təyin olundu

Bank VTB-nin idarə heyətinə yeni sədr təyin olundu
16:32 4 Aprel 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Yevgeni Kirin bank VTB (Azərbaycan)-ın idarə heyətinə yeni sədr təyin olunub.

Milli.Az xəbər verir ki, bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yevgeni Kirin 15 ildən çox müddətdir ki, bank sahəsində çalışır. Bu dövr ərzində o, müxtəlif maliyyə təşkilatlarında rəhbər vəzifələrdə işləyib. 2010-cu ildən VTB qrupdadır, Azərbaycana təyinatından öncə bank VTB-nin Kursk şöbəsinə rəhbərlik edib.

O, 1979-cu ildə Orlov vilayətində anadan olub, "Maliyyə və kredit" ixtisası üzrə Orlov dövlət texniki universitetini bitirib. "Maliyyə, pul dövriyyəsi və kredit" ixtisası üzrə iqtisad elmləri namizədidir.
Strateji Təşəbbüslər Agentliyi və bir sıra dövlət orqanlarının ictimai şuraları çərçivəsində ictimai fəaliyyətlə məşğuldur.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR