Elastik sensorla ekranda səhv toxunuşlar aradan qaldırılıb

Elastik sensorla ekranda səhv toxunuşlar aradan qaldırılıb
16:35 4 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Hazırda elastik elektron qurğuların layihələşdirilməsi ilə bir neçə şirkət məşğul olur. Məsələn, Cənubi Koreyanın “Samsung” şirkəti belə layihələri reallaşdırır.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, taçskrin və ya sensor ekran toxunuşlara reaksiya verən daxiletmə qurğusudur. Adətən bu, klassik ekranın üzərinə qurulan şəffaf displeydir. Belə konstruksiyaya malik sistemlərdə müxtəlif texnologiyalardan istifadə olunur: induksiya, tenzometrik, optik və proyeksiya tutumlu. Bununla belə, bu texnologiyalar deformasiyaya davamlı bərk sensor ekranlar yaratmağa imkan vermir, buna görə alimlər elastik sensor ekranı hazırlamağa çalışırlar.

Alimlər “Samsung Air View” smartfonunun ekranının üzərinə qoyulmuş elastik sensoru uğurla sınaqdan keçiriblər.

Tədqiqatçıların sözlərinə görə, yeni texnologiya bükmə və ya dartılma nəticəsində toxunuşlara reaksiya verməyə imkan verir. Təxmin edilir ki, yeni taçskrindən elastik elektronikada istifadə etmək mümkün olacaq.

Emil Hüseynov





Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46927-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR