Merkellə Olland Putinə zəng vurdu

Rusiya prezidenti Vladimir Putinin həmkarları Angela Merkel və Fransua Ollandla telefon danışığı baş tutub.

Metbuat.az xəbər verir ki, Merkel və Olland prezidentə baş verən terror aktı ilə əlaqədar Putinə başsağlığı verib. Onlar ölənlərin ailələrinə səbr diləklərini çatdıraraq, yaralılara şəfa diləyiblər.

Dövlət başçıları terrorla mübarizədə əməkdaşlığın artırılmasının vacibliyindən danışıblar. Bu məqsədlə xüsusi xidmət sahəsində informasiya mübadiləsinin artırılması nəzərdə tutulub.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR