Qadını günüsü döyüb xəstəxanalıq etdi - AĞDAMDA

Qadını günüsü döyüb xəstəxanalıq etdi - AĞDAMDA
16:59 4 Aprel 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

Ağdamda qadın həyat yoldaşının ikinci arvadı və öz qızı tərəfindən döyülüb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə köçkünlər üçün salınmış “Dördyol-1” qəsəbəsində baş verib. Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qəsəbə sakini 1976-cı il təvəllüdlü Məmmədova İlhamə Mehman qızı həyat yoldaşının ikinci arvadı və öz qızı tərəfindən  döyüldüyünü bildirib.  Xəstəxanadan verilən məlumata görə, İ. Məmmədovaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub həyati təhlükəsi yoxdur.
 
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma başlanıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271330

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR