Kremlin sözçüsü: “Putinin şəhərdə olması ilə terror aktı…”

Kremlin sözçüsü: “Putinin şəhərdə olması ilə terror aktı…”
17:08 4 Aprel 2017
110 Dünya
Ölkə mətbuatı
A- A+

“Sankt-Peterburqda terror aktının Rusiya prezidentinin ora səfəri zamanı törədilməsi xüsusi xidmət orqanları tərəfindən təhlil edilməlidir”.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Sözsüz ki, terror aktı dövlət başçısının şəhərdə olduğu vaxt törədilməsi fikirləşməyə məcbur edir və özünə diqqəti cəlb edir. Bu xüsusi xidmət orqanlarının analizi üçün predmetdir”, - Peskov bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiya Dövlət Dumasının sabiq deputatı və Federal Təhlükəsizlik Xidmətinin ehtiyatda olan zabiti Gennadi Qudkov terror aktını Vladimir Putinin Sankt-Peterburqa səfəri ilə bağlayıb.

Xatırladaq ki, dünən Sankt-Peterburq metrosunda törədilən terror aktı nəticəsində 14 nəfər həlak olub, təxminən 50 nəfər yaralanıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR