​Terror qorxusuna qalib gəlməyin yolları

Aprelin 3-də Sankt-Peterburq metrosunda yaşanan terror aktı demək olar ki, insanların əksəriyyətində terror qorxusu yaradıb.

Metbuat.az bildirir ki, hadisənin metroda baş verməsi isə bu nəqliyyat vasitəsindən istifadə edənləri sözün əsl mənasında təşvişə salıb. Mütəxəssislər belə insanları ilk olaraq stressdən uzaq olmağa çağırır.

Xüsusilə, emosional insanlar, nevrozlar stressə daha meylli olurlar. Neqativ ssenari qurmağa meylli insanlar da panikaya tez düşənlər siyahısına daxildir.

Psixoloqlar yüksək həssaslığa malik insanları neqativ xəbərlərə baxmaqdan uzaq qalmağa çağırır. Əvəzində isə sosial ünsiyyəti genişləndirmələri məsləhət görülür.

Bəzi insanlar da var ki, onlarda qorxu hissi vəziyyətə uyğun şəkildə yaranır. Məsələn, təyyarə enişi və ya qalxması zamanı insanlarda yarana biləcək narahatlıq hətta ürək tutmasına da gətirib çıxara bilər.

Belə vəziyyətdə nəfəsi aramla alıb-vermək məsləhət görülür.

Ağlaya da bilərsiniz. Mütəxəssislər hesab edir ki, ağlamaq insana rahatlıq gətirir.

Ən əsası isə insanın “burada və indi” deməyi bacarmasıdır. Bu yolla təhlükənin müvəqqəti olacağını düşünmək insana rahatlıq gətirər.

Qorxunu özünüzdən kənarlaşdırmağı bacarmasanız, psixoloqa müraciət edin.

Həyəcan və qorxu hissinin azaldılması insan ömrünü uzada bilər.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR