Prezident həyat yoldaşına 150 minlik üzük bağışladı - FOTO

Prezident həyat yoldaşına 150 minlik üzük bağışladı - FOTO
17:18 4 Aprel 2017
406 Şou
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın xanımına hədiyyə etdiyi üzüyü gündəm yaradıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünən axşam Ağ Ev Amerika prezidentinin xanımı Melaniya Trampın tərcümeyi-halını və rəsmi portretini təqdim edib. Birinci xanımın portreti ictimaiyyətin müzakirələrinə səbəb olub.

Birincisi, sosial şəbəkələrin istifadəçiləri şəkildə həddindən artıq fotoşop istifadəsini qınayıb, ikincisi isə, prezident xanımının 25 karatlıq brilyant qaşlı üzüyü xüsusi diqqət çəkib.

Yeri gəlmişkən, bu üzüyü Donald Tramp 2014-ci ildə xanımına toy hədiyyəsi olaraq bağışlayıb. Həmin vaxt bəzək əşyası təxminən 150 000 dollar məbləğində qiymətləndirilmişdi.

Hələ bəziləri yeni birinci xanımı sələfi Mişel Obamanın rəsmi portreti ilə müqayisə edib. Əvvəlki ilə müqayisədə Melaniya zənginliyini açıq şəkildə nümayiş etdirdiyi üçün kəskin tənqid edilib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/193744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR