Adəm: "Survivor çempionu olsam ..."

Adəm: "Survivor çempionu olsam ..."
17:42 4 Aprel 2017
143 Dünya
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, "Survivor 2017"də məşhurlar komandasında mübarizə aparan Adəm Kılıççı tamaşaçıların ünvanlandığı sualları cavablandırıb.

Adəm Kılıççı "Survivor"da çempion olsan, boksa davam edəcəksənmi?" sualına, "Boksu tərk etməyi düşünmürəm. Bir az daha da məşğul olmaq istəyirəm. Çünki gücüm, qüvvətim, qabiliyyətim yerindədir. Bu an karyeramın zirvəsindəyəm onsuz da. Performans zəifliyim yoxdur. Tələb olunan şərait yaradılarsa, güclü idmançı ola bilərəm. Amma təəssüf ki, ölkəmizdə bu imkanlar məhduddur" cavabını verib.
 
O, "Finala kiminlə getmək istəyərsən?" sualına isə: "Mənim komandamdan final kürsüsündə oturmaq istədiyim şəxs İlhan Mansız olar. Serhat Akın ola bilər, o da güclüdür. Qızlardan Səma ola bilər. Bizim komandada gücsüz yarışçı yoxdur. Haqq edəni onsuz da xalq təyin edəcək", - ifadələrini işlədib.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR