"Vaxtilə məni lağa qoyurdular" - Hadı Rəcəbli

"Vaxtilə məni lağa qoyurdular" - Hadı Rəcəbli
17:52 4 Aprel 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda "Turizm haqqında" qanun qəbul edildikdən sonra, bu sahədə ciddi dəyişiklik gözlənilir".

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli jurnalistlərə açıqlamasında bildirib. 

H.Rəcəbli deyib ki, Azərbaycanda turizm sahəsində xidmətlərin səviyyəsi o qədər də aşağı deyil: 

"Biz xidmətin keyfiyyətinin daha da yaxşı olmasını istəyirik. Burada əsas məsələ qiymətlərlə bağlıdır. Biz çalışırıq ki, üç ulduzlu otellərin sayı artırılsın. Bununla bağlı ölkə başçısının verdiyi tapşırıqlar var. Üç ulduzlu otellər qiymətlərin aşağı düşməsinə təsir göstərəcək. Bundan başqa, turizm sahəsində bir sıra güzəştlər nəzərdə tutulur ki, bu da qiymətlərə təsir edəcək. Yeni qanunun hazırlanmasında əsas məqsəd söylədiyim mövcud problemlərin aradan qaldırılmasına hesablanıb".

Ölkə başçısının Azərbaycanda çimərlik turizminin inkişaf etdirilməsi ilə bağlı qərarına da toxunan komitə sədri bu sahədə görülən işlərin təqdirəlayiq addım olduğunu söyləyib:

"Prezident İlham Əliyevin çimərlik turizminin inkişaf etdirilməsi ilə bağlı 30 mart tarixində qəbul etdiyi fərman var. Əgər yadınıza gəlirsə, vaxtilə mən çimərlik turizminin inkişaf etdirilməsini təklif edəndə məni lağa qoyurdular. Ancaq indi görürsünüz, cənab Prezident bu sənədi qəbul edib. Çimərlik turizminin inkişaf etdirilməsi ilə bağlı İcra Hakimiyyəti başçılarına bir sıra tapşırıqlar nəzərdə tutulur, təhlükəsizlik məsələlərinin həlli olacaq və sairə. Bundan başqa, məktəbli turizminin inkişafı da vacib məsələdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR