“Lokomotiv” Qara Qarayevi istəyir - Syomin təsdiqlədi

“Lokomotiv” Qara Qarayevi istəyir -   Syomin təsdiqlədi
17:57 4 Aprel 2017
120 İdman
Ölkə mətbuatı
A- A+

Moskva “Lokomotiv”in baş məşqçisi Yuri Syomin “Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Qara Qarayevlə maraqlandıqlarını təsdiqləyib.


Fanat.Az azerifootball.com-a istinadən xəbər verir ki, təcrübəli rusiyalı mütəxəssis hələ 2013/14 mövsümündə “Qəbələ”də işlədiyi vaxtdan gənc yarımmüdafiəçini bəyəndiyini açıqlayıb: “Sizə maraqlıdı ki, Qara Qarayev həqiqətən “Lokomotiv”ə keçə bilərmi? Belə deyim - “Qəbələ”də çalışdığım vaxtdan bu futbolçu xoşuma gəlirdi.


“Lokomotiv”in nümayəndələri həqiqətən Bakıda Azərbaycan - Almaniya matçında olublar. Bizə maraqlı idi ki, Qara dünya futbolunun ən güclü yığmalardan biri ilə oyunda özünü necə göstərəcək. Mənə Qarayevin həmin matçdakı çıxışı ilə bağlı raport təqdim olunub. Biz Azərbaycan yığmasının futbolçusunun çıxışını izləməkdə davam edəcəyik. Ancaq xahiş edirəm ki, məndən konkret informasiya soruşmayın. Hələ transferlər haqda danışmaq tezdi. Çünki Rusiyada mövsüm yanız mayın 21-də yekunlaşacaq. Bu müddətdə “Lokomotov” yeni futbolçular almayacaq. Ancaq bizim klubad seleksiya işi daim gedir”. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-lokomotiv-qara-qarayevi-istyir-t57343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR