Manat dollara nisbətən 5 aylıq maksimumu yeniləyib

Manat dollara nisbətən 5 aylıq maksimumu yeniləyib
17:59 4 Aprel 2017
339 Digər
Ölkə mətbuatı
A- A+

Bir müddət dollara nisbətən ucuzlaşan manat Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bu gün keçirilən hərracda gözlənilmədən möhkəmlənərək 5 aylıq maksimumu yeniləyib. "APA-Economics" tərəfindən aparılan təhlil göstərir ki, AMB tərəfindən sabah üçün 1,7140 səviyyəsində müəyyən olunan USD/AZN rəsmi məzənnəsi ötən ilin noyabr ayının 23-də (1,7146) qeydə alınan göstəriciyə olduqca yaxındır. Həmin dövrdən etibarən manatın məzənnəsində volatillik müşahidə olunub. Lakin bu müddət ərzində USD/AZN rəsmi məzənnəsi aprelin 5-ə müəyyən olunan səviyyəyədək enməyib.
 
Ötən ilin noyabr ayının 23-dən cari ilin fevralın 4-dək olan müddət ərzində dolların manata nisbətən ən yüksək məzənnəsi 1-2 fevral tarixlərində qeydə alınıb. O zaman dollar 1,9200 manatadək bahalaşa bilib. Beləliklə, fevral ayının 2-si ilə müqayisədə manat 10,7% bahalaşıb.
 
Ümumiyyətlə, ilin əvvəlindən manat dollara nisbətən 3,2% möhkəmlənib.
 
Bu günlə müqayisədə isə aprelin 5-ə olan USD/AZN rəsmi məzənnəsi 0,6% möhkəmlənib. Xatırladaq ki, AMB bu günə USD/AZN rəsmi məzənnəsini 1,7244 səviyyəsində müəyyən edib.
 
Onu da qeyd edək ki, bu gün AMB-də Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı baş tutub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7145 səviyyəsində formalaşıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271337

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR