Tel-Əviv Rusiya bayrağına büründü

İsrailin paytaxtı Tel-Əviv şəhərinin meriya binası həmrəylik naminə 3 saatlıq Rusiya bayrağına bürünüb.

Metbuat.az xəbər verir ki, bu yolla israillilər terrorun nə olduğunu yaxşı bildiklərini nümayiş etdirməyə çalışıb.

Ağ, mavi və qırmızı rəngli bayraq 3 saat ərzində bina üzərində dalğalanıb.

Qeyd edək ki, bu İsrailin atdığı ikinci belə addımdır. İlk dəfə martın sonunda Londonda baş verən terror aktından sonra İsrail Britaniyaya da eyni dəstəyi nümayiş etdirmişdi.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR