Aprel döyüşləri bir də təkararlancaq və torpaqlar GERİ ALINACAQ

Aprel döyüşləri bir də təkararlancaq və torpaqlar GERİ ALINACAQ
18:08 4 Aprel 2017
1148 Digər
Ölkə mətbuatı
A- A+

Aprel hadisələrindən bir il keçir. Bir il əvvəl 4 gün davam edən müharibədə Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Döyüşlər zamanı hərbi birləşmələrimiz Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə ələ keçirdi. Həmçinin, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi. Aprel döyüşləri uzun illər müharibəyə hazırlaşan Azərbaycan ordusu üçün bir sınaq oldu.

Bəs 4 günlük müharibə, azad edilən torpaqlar Azərbaycan cəmiyyətinə nə verdi?

Publika.az bu suala yazarların cavabını öyrənib:

Image result for Aqşin Yenisey

Şair Aqşin Yenisey hesab edir ki, aprel döyüşləri Qarabağ məsələsinin münaqişə yox, müharibə olduğunu göstərdi: “Maraqlı tərəflər bu müharibəni münaqişə kimi təqdim etməklə onun tarixi əhəmiyyətini azaltmaq məqsədi güdürlər. Vaxtilə Zəngəzur, Göyçə torpaqları da münaqişə adi ilə azərbaycanlılardan təmizlənib. Bu gün Suriyanın, İraqın parçalanması da münaqişə adı ilə həyata keçirirlir. Aprel döyüşlərinin mənə görə ən fundamental əhəmiyyəti bu məsələnin dünyaya müharibə olması mesajını verməsidir. Çünki münaqişədirsə, söhbət siyasətdən, müharibədirsə, Vətəndən gedir. Aprel döyüşləri onu göstərdi ki, Qarabağ Azərbaycan üçün siyasi məsələ deyil, Vətən məsələsidir”.

Image result for Xanəmir Telmanoğlu

Şair Xanəmir Telmanoğlu deyir ki, “dördgünlük savaş” ümidlərini itirmiş insanlarımızın əksəriyyətində Qarabağ adlı torpağımıza yenidən sahib çıxmağımızın ümidini yaratdı: “Həmin döyüşlər zamanı dünyasını dəyişib şəhidlik mərtəbəsinə yüksələn və yaralanan hər bir kəsin ruhundan və şəxsindən üzr istəyirəm. O savaşda mənim də ailə üzvlərimdən iştirak edənlər olmuşdu. Ola bilsin ki, bütün ümidlərini itirmiş insanlarımızın əksəriyyətində, Qarabağ adlı torpağımıza yenidən sahib çıxmağımızın az da olsa inamını yaratdı. Ancaq biz də yaxşı bilirik ki, Azərbaycan əsgərinin mənəvi və fiziki hazırlığı nə qədər güclü olursa olsun, o torpaqları bəzi qüvvəllərin qərarı olamadan qaytarmaq mümkün deyil. 1-2 kənd qaytarmaqla iş bitməz. Mən bütün suallara, şübhələrə o zaman təslim olacam ki, itirilmiş torpaqlarımıza qovuşa bilək. Ancaq onu yaxşı müşahidə edirəm ki, bu gün Azərbaycan xalqı bütövlükdə Qarabağı özünə dərd etmir. Mən bunu ünsiyyətdə olduğum, tanıdığım, söhbətləşdiyim çoxsaylı insanı tanıdıqdan sonra deyirəm. Mənə elə gəlir ki, bu xalqa hələ də Qarabağın bir millət, etnos, mədəniyyət üçün nə anlam kəsb etdiyi çatmır. Demək savaşa qədər, düşmənlə üz-üzə durmağımıza qədər xeyli aşılası sorunlarımız, problemlərimiz, faciələrimiz var”.

Image result for Ehtiram İlham

Şair Ehtiram İlhamın fikrincə, Qarabağ işğal olunandan sonra ilk dəfə idi ki, heç vaxt olmadığı kimi yüksək əhval ruhiyyə yaranmışdı: “Torpaqların azad ediləcəyi ilə bağlı ilk dəfə idi ki, cəmiyyətdə belə ruh yüksəkliyi yaranmışdı. Azərbaycan əsgərləri, doğrudan da böyük şücaət göstərdilər. Xalqımız çoxdan gözlədiyi qələbə hissindən az da olsa dada bildi. Azad edilən torpaqlar insanlara böyük ruh yüksəkliyi gətirdi. Kiçik qələbələrin belə Azərbaycan toplumunda böyük səs-küyə səbəb olacağını göstərdi. İnanıram ki, aprel hadisələri növbəti dəfə təkrar olunanda Azərbaycanın işğal altında olan torpaqları azad ediləcək”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/193751.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR