Bir konsertə müğənni nə qədər pul xərcləyir? - Murad Arif açıqladı

Bir konsertə müğənni nə qədər pul xərcləyir? - Murad Arif açıqladı
18:22 4 Aprel 2017
199 Şou
Ölkə mətbuatı
A- A+

"Böyük əksəriyyəti cibindən pul xərcləyir. Bu fədakərlıqdır. Halaldır ki, övladının və özünün boğazından kəsir, 20 min məkana, 30 min reklama, 40 min səhnə və işığa, 10 min ansambla, 15-20 min geyimə ödəyir, konsert verirlər".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. 

Sənətçi həmkarlarının konsert verə bilməmə səbəbindən danışıb:

"Azərbaycanda bir ifaçının konsert verməsinə 150 min lazımdır. Bu gün şou-biznesdə səhnələr çatışmır. Sənətçi məclisdən qazanır. Müğənni sponsor, təşkilatçı olmasa, konsert verə bilməz. Bu sistem axsayır. Fədakar müğənnilər konsert verə bilir: Faiq Ağayev, Röya, Tünzalə Ağayeva, Aygün Kazımova. Bu ürək və dəstək istəyir. Bizdə konsert verib qazanmaq olmur, ən uzağı başabaş alınır. Tamaşaçı bilet almaq istəmir, çevrəmiz dəvətnamə tələb edir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/532036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR