Dünya neft ehtiyatları sürətlə azalır

Dünya neft ehtiyatları sürətlə azalır
18:32 4 Aprel 2017
171 Dünya
Ölkə mətbuatı
A- A+

Mövcud neft ehtiyatları və neftlə yüklənmiş gəmilərin məcmu həcmi 3 aprel tarixinə 812 mln. barel təşkil edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın "Vortexa" informasiya-araşdırma şirkətinin neft sektoru üzrə analitikləri çıxış ediblər. 

Şirkətin hesabatına görə, 2017-ci il yanvarın 1-nə məcmu qlobal neft ehtiyatları 978 mln. barel təşkil edib. Bu da ilk rübdə ehtiyatların 166 mln. barel və ya 17% azaldığını göstərir. "Vortexa"nın ekspertləri neft ehtiyatlarının gözlənildiyindən daha sürətlə azaldığını bildiriblər.

Qeyd edək ki, bugünkü proqnoz hesabatında Fransanın "BNP Paribas" bankı neft qiymətlərinin 2017-ci ilin III rübündə 65 dollar/barelə qədər yüksələcəyini qeyd edib. Hazırda "Brent" markalı neftin qiyməti 53,60 dollar/barelə bərabərdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR