Ərəb baş redaktor hamını Azərbaycana səfər dəvət edib

Ərəb baş redaktor hamını Azərbaycana səfər dəvət edib
18:44 4 Aprel 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərinin geniş oxucu kütləsinə malik “Əl Fəcr” qəzetinin son sayının 1 səhifəsi tamamilə Azərbaycana həsr olunub. Bu barəəd Lent.az-a Azərbaycanın BƏƏ-dəki səfirliyindən bildirlib. Qəzetin baş redaktoru Şərif Əl Bəsilin imzası ilə “Azərbaycan özünün təbiəti, tarixi və irsi ilə həmişə qəlblərdədir” adlı geniş məqalə nəşr edilmişdir. Qeyd olunmalıdır ki, qəzetin  baş redaktoru və məqalənin müəllifi  iki dəfə  Azərbaycanda olmuş, ölkəmizin müxtəlif şəhər və rayonlarına səfər etmiş, milli adet-ənənələrimiz, mədəniyyətimiz haqqında dəfələrlə müxtəlif məqalələr qələmə almışdır

Məqalədə ilk öncə müəllif Azərbaycanda son vaxtlar turizm sahəsindəki sürətli inkişafdan bəhs edərək, özünün təbiəti, yaradılmış geniş infrastrukturu, istirahət zonaları, tarixi yerləri və arxeoloji qazıntıları ilə ölkəmizin dünyanın qlobal turzim xəritəsində tutduğu önəmli yerini qeyd etmişdir. Baş redektor bu mövzuda xidmət sahələrinin günbəgün müasir standartlara uyğunlaşdırıldığını, gözəlləşən Azərbaycanın sürətlə inkişaf etdiyini  xüsusi vurğulamışdır.

Müəllif bildirir ki, Azərbaycana hər dəfə səfər edəndə insan özü üçün yeni kəşflər edir. Belə ki, ölkəmizin hər bir şəhərində tarixi elementlərlə yanaşı, müasirliyin naxışları öz əksini tapmışdır. Bu şəhərlərdə istirahətlə yanaşı, ekzotik zövq almaq üçün imkanlar, göz oxşayan təbiət, həmçinin turizmin digər əksər növlərindən faydalanmaq olar.    

 

Qəbələ şəhəri

 

Məqalədə Qəbələnin Azərbaycan coğrafiyasındakı mövqeyinə, iqliminə və turizm imkanlarına dair ətraflı məlumat verilir. Burada yaradılmış infrastruktur barədə yazılmış məlumatlarda qış turizmi sahəsində xizəksürmə, funiklyorla dağlara qalxma, habelə otellərə dair informasiyalar yer almışdır. Qəbələyə ilin bütün fəsillərində on minlərlə turistlərin gəldiyi bildirilir. Meşə və çayları özündə birləşdirən Qəbələnin təbiəti barədə ətraflı məlumat verən müəllif Azərbaycanın doğurdan da bir cox ölkələrdən surətlə inkişaf etdiyini vurğulayır.

 

Gəncə şəhəri

Baş redaktor Şərif Əl Bəsil, həmçinin, Gəncə şəhərinə səfər etmiş bu şəhər barədə yazarkən buranın görkəmli ədiblər yurdu, o cümlədən dahi Azərbaycan şairi olan Nizaimi Gəncəvinin vətəni olduğunu vurğulamışdır. Nizami Gəncəvi məqalədə dahi mütəfəkkir Azərbaycan şairi kimi göstərilərək onun fəlsəfə, astrologiya barədə yazılarının olduğunu vurğulamışdır. Müəllif Nizami məqbərəsi və onun yerləşdiyi kompleks barədə məlumatlara yer ayırmışdır. Bu ərazidə 2013-cü ildə yaradılmış muzey və onun eksponatları barədə məlumatlara toxunan müəllif tarixi faktlardan söhbət açır. Burada nümayiş olunan tarixi nümunələrin, əlyazmaların toplanılması üçün uzun illər işlər aparıldığı, dünyanın onlarla ölkələrindən materialların gətirildiyi qeyd olunur. Müəllif həmçinin dahi Britaniya şairi Uilyam Şekspirin Nizami şerlərindən ruhlanması və Romeo və Culyetta əsərinin məhz bundan sonra yaranması barədə fikirlər vurğulamışdır. Məqalədə Nizami Gəncəvinin YUNESKO-nun Mədəni irsinə Azərbaycan şairi kimi daxil edildiyi qeyd olunur. Həmçinin Misirin İsgəndəriyyə Kitabxanası ilə Nizami Beynəlxalq Mərkəzinin əlaqələrindən, mədəniyyət sahəsində gördükləri işlərdən danışılır.

 

Məhsəti Gəncəvi

Qeyd olunan muzeyin qarşısında qoyulmuş Məhsəti Gəncəvinin heykəli barədə yazan müəllif onu şərqdə ilk şahmat oynamağı bacaran qadın kimi qələmə verir. Heykəlin memarlıq baxımıdan olduqca göz oxşayan yerdə, çayların axdığı, gözəl mənzərəli bir yerdə olması qeyd olunur. Həmçinin muzeydə saxlanılan kitablardan, eləcədə eksponatlardan söz açılır.

 

Şəki

Şəki barədə yazılar bu rayonun cografi mövqeyinin izah edilməsi ilə başlayir. Dağların, meşələrin, tarixi abidələrin yerləşməsi geniş izah olunub. Şəkinin tarixi barədə yazılarda Şəkinin Hacı Çələbi Xan tərəfindən əsasının qoyulduğu qeyd olunur. Daha sonralar nəvəsi Məhəmməd Hüseyn Xanın onun yolunu davam etməsi bildirilir. Məqalədə Şəkinin 16-cı əsrin axırı, 17-ci ərsin əvvəllərində Osmanlıların nəzarətində olduğu, Nadir Şahın buraya hücumu barədə məlumatlar verilir. 

Hazırkı Şəkinin isə 1762-ci ildə Məhəmməd Hüseyn Xan tərəfindən tikildiyinə dair yazılarda o vaxt Şəki xanının dünyada ən gözəl saray tikmək niyyətində olduğu vurğulanır. Bu barədə xanın əmr verməsi, bir sıra ölkələrdən memarların cəlb edilməsinə dair qeydlər göstərilir. Sarayın tikilib bitməsindən sonra xanın baş memardan “bu saraydan daha yaxşısını tikə biləcəyinə” dair sualına müsbət cavab verdiyinə görə memarın xan tərəfindən edam olunmasının səbəbləri açıqlanır. Yazıda Xan sarayı barədə geniş məlumat verilir.

 

Müəllif Azərbaycanın füsunkar gözəlliyini görmək üçün ərəb turistlərini Azərbaycana səfər etməyə dəvət edir.

.

Məqalə ilə bu linkdən tanış olmaq olar:  

http://alfajr-news.net/details/%D8%A8%D8%B7%D8%A8%D9%8A%D8%B9%D8%AA%D9%87%D8%A7-%D9%88%D8%AA%D8%A7%D8%B1%D9%8A%D8%AE%D9%87%D8%A7-%D9%88%D8%AA%D8%B1%D8%A7%D8%AB%D9%87%D8%A7-..-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D8%AA%D8%A8%D9%82%D9%89-%D8%AF%D8%A7%D8%A6%D9%85%D8%A7-%D9%81%D9%8A-%D8%A7%D9%84%D9%88%D8%AC%D8%AF%D8%A7%D9%86

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271341

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR