Elməddin: "Oğlum şöhrətpərəstdir"

Elməddin: "Oğlum şöhrətpərəstdir"
19:05 4 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Tanınmış aktyor Elməddin Cəfərov iki oğlu Rinat və Nicatdan söz açıb.

Milli.Az bildirir ki, yumorist açıqlamasında övladlarının gələcəkdə aktyor kimi görmək istəmədiyini söyləyib:

"Əslində Rinatın bu sahəyə marağı var, amma mən istəmirəm. Kiçik oğlum Nicat rus dili təmayüllü məktəbdə oxuyur, böyük oğlum isə ingilis dili... Mən də heç bir dili bilmədiyim üçün evdə dil tapa bilmirəm, ancaq him-cim hərəkətləri ilə bir-birimizi başa düşürük. Mən onların azadlığına dəymirəm. Kiçik oğlum mənimlə həmişə azərbaycan dilində danışır. Bir dəfə niyəsini soruşdum, dedi "Ata, axı sən rus dilini bilmirsən". Həm güldüm, həm də kədərləndim (gülür). Balaca uşaq da bunun fərqindədir".

E.Cəfərov Nicatın şöhrətə meyilli olduğunu söyləyib:

"Kiçik oğlumda aktyorluq qabiliyyəti daha çoxdur, şöhrətpərəstdir. Bir dəfə baxıcısı ilə taksiyə oturub harasa gedirdi, sürücüyə deyib ki, "Sən bilirsən kimin oğlunu aparırsan?". Utanıb ölürdüm ki, niyə belə şöhrətpərəstdir". /big.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/531981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR