"Qız qalası"nın nümayişi Əfrasiyab Bədəlbəylinin xatirəsinə həsr olunacaq - FOTO

"Qız qalası"nın nümayişi Əfrasiyab Bədəlbəylinin xatirəsinə həsr olunacaq - FOTO
19:12 4 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Aprelin 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq artisti, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin tamaşası keçiriləcəkdir. 

Teatrın mətbuat xidmətindən Milli.Az-a daxil olan məlumata görə, tamaşa görkəmli bəstəkarın 110 illiyinə həsr olunmuşdur.

"Qız qalası" Azərbaycan milli baletinin ilk nümunəsi olub, ilk tamaşası 16 aprel 1940-cı ildə baş tutmuşdur. Həmin vaxtdan tamaşa teatrın repertuarında möhkəm yer tutur, bir neçə dəfə Moskva və Rusiyanın başqa şəhərlərində, eləcə də Türkiyədə qədim Aspendos teatrında göstərilmişdir.

Tamaşa ilk Azərbaycanlı balet ustası, SSRİ Xalq artisti Qəmər Almaszadəyə həsr olunmuşdur. Qəmər xanım uzun illər tamaşada Gülyanaq rolunu ifa etmişdir.

Aprelin 15-də baş tutacaq tamaşada əsas rolları Azərbaycanın Xalq artisti Gülağası Mirzəyev (Polad) və Əməkdar artistlər Tamilla Məmmədzadə (Gülyanaq) və Makar Ferştandt (Cahangir xan) ifa edəcəklər.

Tamaşanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərovdur.

Teatrının mətbuat xidmətindən Milli.Az-a daxil olan məlumata görə,


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/532071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR