Daha 2 küçədə yol xətlənəcək

Daha 2 küçədə yol xətlənəcək
19:42 4 Aprel 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Artıq bir neçə gündür ki, "Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, anoloji işlər bu gecə Nəsimi rayonu, 28 May və Xəqani küçəsində aparılacaq. Rənglənmə işləri səhər saatlarınadək başa çatdırılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR