"Eltonu söydülər" - Qalmaqallı açıqlama

"Eltonu söydülər" - Qalmaqallı açıqlama
20:17 4 Aprel 2017
368 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Elton Hüseynəliyevin paylaşdığı status qalmaqala səbəb olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, onun "Allah sizə rəhmət eləsin Habil Əliyev. Deyirdi ki, Elariz toya havayı getsə də, yenə bahadı" şərhinə həmkarından sərt cavab gəlib. 

E.Məmmədoğlu "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib ki, Elton onun adından istifadə edib, gündəmə gəlmək istəyir:

"Bu düşmənçilik etmək, çörəyə bais olmaq, toylarımın azaldılmasına gətirib çıxarmaqdır. Habil Əliyevlə bir dəfə qardaş kanalların birində qonaq olmuşam. Yaxınlaşdım ki, Habil müəllim, mən Elariz. Məni tanımadı. O, rəhmətə gedəndən sonra paxıl müğənnilər bu sözü ortaya atdılar. Elton onu İnstagram-da paylaşandan sonra elə bildi ki, toyum azalacaq. Amma əksinə, toyumun sayı da artdı, qonorarı da. Eltonun özü uduzdu, ona söydülər. Mən oxuyanda o uşaq idi. İndi dedin, Elarizə sataşım nəsə qazanaram? Amma qazanmadın, səni baltaladılar. Kimsə məndən baha toya gedə bilər, amma mənim kimi toy apara bilməz".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/532013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR