"Android" istifadəçilərinin sayı "Windows"u ötdü

"Android" istifadəçilərinin sayı "Windows"u ötdü
20:27 4 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Android" əməliyyat sistemi istifadəçilərinin internetdə fəallığı tarixdə ilk dəfə olaraq "Windows" istifadəçilərinin fəallığını üstələyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ötən ay əməliyyat sistemləri bazarında dönüş baş verib. "StatCounter" şirkətinin məlumatına əsasən, internet trafikinin 37,93%-i "Android"in payına düşüb. "Windows" əməliyyat sisteminin payı 37,81% olub.

Bu məlumatlar mobil cihazlara keçid tendensiyasından xəbər verir və aradakı fərq daha da artacaq. "iOS" və "macOS" əməliyyat sistemlərinin payı isə müvafiq olaraq 13,09 və 5,17% təşkil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/532010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR