Gəmi tuneli tikilir - Dünyada ilk

Gəmi tuneli tikilir - Dünyada ilk
21:05 4 Aprel 2017
105 Maraqlı
Ölkə mətbuatı
A- A+

Norveç dünyada gəmilər üçün ilk tunel tikməyi planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, 272 milyon dollara başa gələcək gəmi tunelinin uzunluğu 1,5 km, eni isə 37 metr olacaq.

Qeyd edək ki, tunelin tikiləcəyi Stad yarımadasında ilin təxminən 100 günü şiddətli küləklər əsir. Bu da gəmilərin qəzaya uğramasına və çoxlu insan tələfatına səbəb olur. Tikiləcək tunel isə xüsusilə böyük gəmilərin həmin ərazidən keçidini asanlaşdıracaq və daha təhlükəsiz edəcək.

2018-ci ildə başlayacaq layihə çərçivəsində 7 milyon ton qayanın təmizlənməsi lazım olacaq ki, bu da təxminən 4 ilə başa gələcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/532080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR