"Turizm obyektlərindən qanunsuz pul yığırlar" - Millət vəkili

"Turizm obyektlərindən qanunsuz pul yığırlar" - Millət vəkili
21:12 4 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Niyə Bakıdan Gürcüstana gedən azərbaycanlı turistləri Batumiyə öz qatarlarımız aparmır? Tbilisidən Batumiyə Gürcüstanın öz qatarları aparır bizim vətəndaşlarımızı. Bu işi biz görə və Azərbaycan Dəmiryollarının büdcəsini artıra bilərik".

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında "Turizm haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Araz Əlizadə səsləndirib.
O, turizm obyektlərindən alınan qanunsuz vəsaitlərin turizm xidmətlərinin qiymətinin bahalaşmasının əsas səbəblərindən biri olmasına diqqət çəkib.
İclasda iştirak edən turizm şirkətlərindən birinin rəhbəri Ruslan Quliyev isə xaricdən turist axınını artırmaq üçün ölkədaxili aeroportların özəlləşdirilməsini gündəmə gətirib.
Otellərə ulduzların verilməsi prosesinə ciddi yanaşılması və bu prosesə nəzarətin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icra edilməsi təklif edilib.
"Turizm haqqında" qanun layihəsi Komitənin iclasında qəbul edilərək parlamentin plenar iclasına tövsiyyə olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/532089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR