Allah yolunda dostluq və düşmənçiliyin sirri

Allah yolunda dostluq və düşmənçiliyin sirri
21:12 4 Aprel 2017
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Həsən Əsgəri (ə) ata-babalarından nəql edir: "Peyğəmbər (s) bir gün səhabələrindən birinə buyurur: "Ey Allah  bəndəsi! Allah yolunda dostluq və düşmənçiliyi bil. Allah Təalanın vilayətinə çatılmaz, məgər bununla. Heç kəs imanın tamını və məzəsini dadmaz, məgər belə olarsa, baxmayaraq ki, oruc və namazı çox olsa belə. İnsanların əksər dostluqları dünya üçündür. Dünya üçün bir-biri ilə dostluq edirlər və bir-birinə nifrət edirlər. Bu cür dostluq və düşmənçilik onları Allah yolunda dostluq və düşmənçilikdən ehtiyacsız etməz". (Həvəh)

Həmin şəxs Peyğəmbərə (s) deyir: "Necə bilim ki, mənim dostluq və düşmənçiliyim Allah Təala yolundadır? Allahın vəlisi kimdir ki, onu sevəm və düşməni kimdir ki, düşmən biləm?".
Peyğəmbər (s) İmam Əliyə (ə) işarə edir və buyurur: "Onu görürsən?".
Həmin şəxs deyir: "Bəl"i.
Həzrət (s) buyurur: "O, Allahın vəlisidir, ona görə də onu sev. Düşməni - Allah düşmənidir, ona görə də onu düşmən bil. Dostunu sev - hətta əgər atan və övladının qatili olsa belə. Düşmənini düşmən bil - hətta əgər atan və övladın olsa belə"".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/531658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR