Süfrənizdən əskik etməyin...

Süfrənizdən əskik etməyin...
21:42 4 Aprel 2017
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Qanda şəkərin səviyyəsini aşağı salmaq və xolesterini azaltmaq üçün lifli yeməklər əvəzolunmazdır. Hətta bağırsaq xərçənginin qarşısını aldığını iddia edən araşdırmalar da var.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ancaq kifayət qədər insanlar var ki, bunlardan istifadə etmir.

Yulaf əzməsi

Xüsusilə səhər yeməklərində istehlak edə biləcəyiniz yulaf əzməsi, yüksək lif ehtiva edən qidalardan biridir. Yulaf əzməsi yüksək lifli tərkibi ilə xolesterini salmaq və gün ərzində həzm sisteminin düzgün işləməsini təmin etmək üçün istehlak edə biləcıyiniz qidadır.
 
Bulqur

Bol miqdarda lif və zülal ehtiva edən bulqurdan bir su stəkanı qədər istehlak olunduqda, 8 qram lif ilə təmin edilmiş olursunuz. Bulqur yüngül quruluşu ilə salatlarda da istifadə edilə bilər.
 
Alma

Hər gün bir ədəd alma yeməyin faydaları saymaqla bitmir. Bu faydaların arasında lif ilə təmin edilmə də var. Orta ölçülü bir alma gündəlik lif ehtiyacınızın 17%-nə qədəri ödəyir. Bununla yanaşı, almanın bol miqdarda su ehtiva edən quruluşu liflərin bədəninizə qarışmasını asanlaşdırır. Almanın ən yüksək lif ehtiva edən hissəsi isə qabığıdır. Bu səbəblə yetişdirilməsi üçün orqanik maddələr, pestisidlər, parladıcı maddələrdən istifadə edilməmiş almaları seçsəniz daha yaxşı olar.

Gül kələmi

Bol miqdarda qidalandırıcı maddə ehtiva edən gül kələminin 200 qramında 2 qram lif var. Buxarda bişirəndə və ya qaynadanda lif nisbəti azaldığı üçün gül kələmini sağlam bir qəlyanaltı kimi yeyə bilərsiniz.
 
İspanaq

İspanaq kalsium, dəmir, C vitamini və antioksidantlarla yanaşı, çox yaxşı bir lif mənbəyidir. Dadı ilə bir çox yeməyin yanında qəbul edə biləcəyiniz ispanağı, gündəlik qida rasionunuza salmağı unutmayın.
 
Yerkökü

Mütəmadi olaraq yerkökü yemək, xolesterin və qanda şəkərin səviyyəsini tənzimləyir. Bunu, tərkibində bol miqdarda olan liflər sayəsində edən orta ölçülü yerkökü, gündəlik lif ehtiyacınızın 7%-ni təmin edir.
 
Paxla

Bol lifli bir tərəvəz olan paxlaya, A, B1, B2, B6 və C vitaminləri daxildir. Eyni zamanda, güclü bir antioksidant olan paxla, mövsümü vaxtı istehlak olunduqda artıq çəkilərdən azad olmağa da kömək edir.
 
Alça

Alça həzmi asanlaşdıran lif baxımından zəngin olduğu üçün, mədə qazı, qəbizlik və köp problemlərinin də qarşısını alır. Stressə qarşı minerallardan olan maqnezium da, alçada əhəmiyyətli dərəcədə mövcuddur. Alça, həmçinin kalsium və dəmir baxımından da olduqca zəngindir.
 
Yaşıl noxud

Bişmiş bir stəkan yaşıl noxudda olan 8 qramlıq lif gündəlik ehtiyacınızın 3-də birini təmin edir. Möhtəşəm qidalandırıcı xüsusiyyətlərə malik olan yaşıl noxudu donmuş və ya təzə şəkildə ala bilərsiniz; hətta şorbasını da içə bilərsiniz.
 
Əncir

Tərkibindəki lif baxımından olduqca zəngin olan meyvələrdən biri də əncirdir. Daha çox təzə vəziyyətində istehlak edilməsi tövsiyyə olunur. Quru halda istehlak etsəniz, içindəki şəkərin miqdarının bol olduğunu da nəzərə alın.
 
Ənginar

Nəzərdən qaçırdığımız tərəvəzlərdən sayılan ənginar özünə məxsus dadı, bol lif və su nisbəti ilə, xüsusilə yay aylarında istehlak edə biləcəyimiz ən yaxşı seçimdir. Orta ölçülü ənginar gündəlik lif ehtiyacımızın yarısını təmin edir.
 
Armud

Orta ölçülü bir armudda mövcud olan 5,5 qramlıq lif adətən qabığında olur. Ona görə alma kimi, bu meyvəni də yetişdirilməsi üçün orqanik maddələr, pestisidlər, parladıcı maddələrdən istifadə edilməmiş qəbul etsəniz yaxşıdır.
 
Qoz

Bir ovuc qozda gündəlik ehtiyacınızın onda biri qədər lif var. Qəlyanaltı, salatlar və şirniyyat üçün çox yaxşı əlavə qida kimi istifadə edilən qoz, eyni zamanda "yaxşı yağ" mənbəyidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/531669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR