Oğlan uşağının qulağını deşmək olar?

Oğlan uşağının qulağını deşmək olar?
21:47 4 Aprel 2017
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzi hədislərdə istər oğlan, istərsə də qız uşağının körpə vaxtı qulağını deşməyin müstəhəb olması barədə göstərişlər vardir. Bur qrup hədislərdə cinsinə fərq qoyulmadan, həm qız, həm də oğlan uşağından danışılsa da, bəzi hədislərdə konkret olaraq oğlan uşağından söhbət gedir.

Milli.Az islam.az-a istinadən bildirir ki, rəvayətə görə, Həzrət Peyğəmbər (s) İmam Həsən (ə) və İmam Hüseynin (ə) doğulmasından yeddi gün sonra onların qulağını deşdirmişdi. Lakin qeyd etmək lazımdır ki, şəriətdə ürfün nəzərinə görə məqbul sayılmayan və vacib olmayan əməllərin tərk edilməsi məsləhət görülür. Məsələn, o zamanlar oğlan uşaqlarının sırğa taxması pis qarşılanmırdı və dəb sayılırdı. Amma müasir zamanda bu belə deyil. Eyni zamanda kişilərin gözə sürmə çəkməsi də o zamanlar dəbdə idi. Çünki sürmə gözə xeyirlidir. Amma hazırda bu əməli xalq arasında tam başqa cür dəyərləndirirlər və əlbəttə ki, bundan çəkinmək daha yaxşı olar.

Qeyd edilən mövzu barədə "Füru əl-Kafi", "Vəsail əl-şiə", "Bihar əl-ənvar" kimi mötəbər hədis toplularında, "Şərayi-l-İslam", "Cəvahir əl-kəlam" kimi məşhur fiqh kitablarında məlumatlar vardır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/531652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR