Daha iki xidmət elektronlaşdırıldı

Daha iki xidmət elektronlaşdırıldı
22:22 4 Aprel 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin (MHM) operatoru olduğu "Elektron hökumət" portalına daha 2 elektron xidmət inteqrasiya olunub.

Milli.Az-a Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən elektronlaşdırılaraq təqdim edilən yeni xidmətlər "Sığortaolunanın ölümünə dair məlumatın onlayn qəbulu" və "Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi" adlanır.
Hər iki xidmətdən istifadə üçün gücləndirilmiş elektron imzadan istifadə edilməlidir.
ƏƏSMN-nin fəaliyyət sahələrinin avtomatlaşdırılması nəticəsində bu sahələr üzrə artıq 28 elektron xidmət əhalinin istifadəsinə verilib. Həmin elektron xidmətlərdən istifadəyə maraq getdikcə artmaqdadır. Bu maraq nəticəsində cari ilin ilk rübündə nazirliyin elektron xidmətlərinə müraciətin sayı 2 mln. 623 min 88 olub.
Qeyd edək ki, yeni xidmətlərin inteqrasiyasından sonra "Elektron hökumət" portalında elektron xidmətlərin sayı 433-ə çatdırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/532106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR