"Allah göydən baxır" demək düzgündür?

"Allah göydən baxır" demək düzgündür?
22:52 4 Aprel 2017
821 Ölkə
Ölkə mətbuatı
A- A+

Uca Allah Qurani-Kərimdə və səhih hədislərdə göydə, bizdən ucada, Ərşinin üstündə olmasını bəyan edir. Bizdən qul olduğumuza görə tələb olunan Allahdan gələn hər bir səhih məlumatı eşidib itaət etməkdir.

Milli.Az zikr.az-a istinadən bildirir ki, əgər siz dediyiniz kimi məntiqlə fikirləşsək nəticədə dolaşığa düşəcəyik və həddimizi aşmış sayılacağıq. Uca Allahın ad və sifətlərinin necəliyi barəsində düşünmək qadağandır. Uca Allahın xüsusiyyətləri barədə fikirləşmək və məntiqlə başa düşməyə çalışmaq icazəli deyildir. Uca Allah buyurur: "Onun heç bir bənzəri yoxdur". (əş-Şura, 11).

Bir nəfər: "Ey Əbu Abdullah, Allah Ərşə necə yüksəldi?" İmam Məlik bu sualı eşidəndə bərk qəzəbləndi. Başını aşağı salaraq, əlindəki çubuğu yerə sürtərək fikrə daldı. Sonra başını qaldırıb əlindəkini ataraq buyurdu: "Necəliyi ağılla dərk olunmaz. Allahın yüksəlməsi Allah üçün məlumdur. Buna iman vacib, bu haqda sual vermək bidətdir. Səni də bir bidətçi kimi görürəm" və bu adamın qovulmasını əmr etdi". (Əbu Nuaym "Hilyətul-Əvliya" 6/ 325,326; İbn Abdul-Bər "ət-Təmhid" 7/ 151).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/531675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR