“Prosineçki yığmaya kimi çağırmaq lazım olduğunu yaxşı bilir”

“Prosineçki yığmaya kimi çağırmaq lazım olduğunu yaxşı bilir”
23:12 4 Aprel 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

"Azərbaycanın əsas yığmasında oynasaydım, bu, üstünlük sayılardı. Amma hələ ki, Ukrayna millisində çıxış etmək şansım da var".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın U-21 yığmasının və "Dnepr" klubunun futbolçusu Dmitri Nağıyev deyib.
 
Ukrayna mətbuatına açıqlama verən gənc müdafiəçi maraqlı fikirlər səsləndirib. Yığma karyerasına toxunan Nağıyev Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin diqqətində olduğunu deyib: "Bu cür hallara çox rast gəlmişik. Futbolçu bir ölkənin gənclər yığmasında çıxış etdikdən sonra digər ölkənin əsas millisində oynayır. Rusiyada o qədər elə uşaq var ki, onları Azərbaycan yığmasına çağırmaq istəyərdilər. AFFA-dan məni izlədiklərini deyirlər. Robert Prosineçki yaxın keçmişin dahi futbolçusu olub və yaxşı məşqçidi. O, futbolu əla başa düşür və yığmaya kimi çağırmaq lazım olduğunu yaxşı bilir. Düşünürəm ki, yenə qol vursam və məhsuldar ötürmələr versəm, Azərbaycan millisinə dəvət alacağam".
 
Nağıyev söhbət əsnasında Ukraynanın əsas yığmasına cəlb olunmaq istəyini də gizlətməyib: "Mən Ukraynada anadan olmuşam və bu ölkəni çox sevirəm. Düzdü, burada məni hər şey qane etməyə bilər. Amma ölkə və doğma şəhərimi çox sevirəm, burda dostlarım var. Milli komandada oynamaq hər futbolçunun arzusudu. Amma mən klub karyerama da diqqət yönəltməyə çalışıram. Bu, mənim üçün prioritet məsələdi. Ümid edirəm ki, futbolçu səviyyəm Azərbaycan və Ukraynanın əsas yığmasında oynamağa uyğun gələcək. Məhz həmin məqamda yekun qərarımı qəbul edəcəm".
 
Qeyd edək ki, 2012-ci ildən "Dnepr"də çıxış edən Dmitri Nağıyev 2015-ci ildən Azərbaycanın U-21 yığmasına dəvət alır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR