Yeni 50 avroluq əsginas dövriyyəyə buraxıldı - FOTO

Yeni 50 avroluq əsginas dövriyyəyə buraxıldı - FOTO
23:57 4 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Avropa seriyasının dördüncü əsginası olan yeni 50 avroluq əsginas bu gün dövriyyəyə buraxılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avropa Mərkəzi Bankı məlumat yayıb.

Avro hiyləgərliyinə qarşı daha güclü müqavimət göstərmək üçün belə bir addım atıldığı bildirilən açıqlamada yeni 50 avroluq əsginasda ilk dəfə olaraq 20 avroluq əsginasda istifadə edilən yeni və innovativ "portret pəncərəsi" texnologiyasından istifadə olunub. Əsginasın işığa tutulduqda holoqramın üst hissəsindəki pəncərənin şəffaf hala gəldiyi və yunan mifologiyasında bir fiqur olan "Europe"nin portretinin kağız pulun iki tərəfindən göründüyü bildirilib.

Qeyd edilib ki, bazarda 9 milyard ədəddən çox 50 avroluq əsginas var və bu, bütün avro əsginaslarının 46 faizini təşkil edir. Yeni və köhnə 50 avroluq əsginaslar eyni vaxtda istifadə edilməyə davam edəcək və daha sonra isə köhnələri tədricən dövriyyədən çıxarılacaq.

Bildirilib ki, 2019-ci ilin əvvəlindən isə yeni 100 və 200 avroluq əsginaslardan bazarda istifadə olunmağa başlanılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/532128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR