Balakəndə iki uşaq atası özünü asdı

Balakəndə iki uşaq atası özünü asdı
00:18 5 Aprel 2017
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Balakən rayonunda yerli sakin özünü asıb.

"Report"un məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Qaysa kəndində baş verib.

Kənd sakini, 50 yaşlı iki uşaq atası olan Rəfael Nuriyevin meyiti ailə üzvləri tərəfindən yaşadığı evin pilləkən qəfəsinin tavanından asılı vəziyyətdə aşkar edilib.

R.Nuriyevin son illər əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/193780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR