Bundesliqa:

Almaniya Bundesliqasında 27-ci tura start verilib.

Metbuat.az xəbər verir ki, turnir cədvəlinin lideri "Bavariya" "Hoffenhaym"ın qonağı olub. 21-ci dəqiqədə ev sahiblərinin heyətində Kramariç fərqlənib. Qalan dəqiqələrdə qapılara qol vurulmayıb. Beləliklə, "Bavariya" cari mövsümdə ikinci məğlubiyyətini alıb.

Bundesliqa

27-ci tur

"Hoffenhaym" - "Bavariya" - 1:0

Qol: Kramariç, 21

Aktivində 65 xal olan "Bavariya" turnir cədvəlinə başçılıq edir. Münhen təmsilçisindən 14 xal geri qalan "Hoffenhaym" isə üçüncü sırada qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR