Gəncə sakini bıçaqlanıb -

Gəncə şəhər sakini bıçaqlanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Şəhər sakini 1971-ci il təvəllüdlü Mehman Məmmədov mübahisə zəminində tanışı tərəfindən bıçaqlanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR