“Apple Watch” depressiyanı müəyyən edəcək

“Apple Watch” tərtibatçıları “Cognition Kit” adlanan yeni əlavənin işlənib hazırlanması üzərində çalışırlar.

İKT.lent.az-ın “iMedical Apps” nəşrinə istinadən verdiyi məlumata görə, bu əlavənin köməyi ilə insanlarda koqnitiv pozğunluqları izləmək və təhlil etmək mümkün olacaq.

“Cognition Kit” əlavəsinin işinin mahiyyəti klinikadan kənarda xəstələrin gündəlik həyatında bu xəstəliyin əlamətlərin qiymətləndirilməsi və monitorinqindən ibarətdir. Mütəxəssislər bu yolla öz müştərisinin davranışına nəzarət edə və bununla da müalicə kursuna düzəlişlər edə biləcəklər.

Proqram əlavəsinin tərtibatçısı Cenni Barnett bildirib ki, “Cognition Kit” nevralgiyanın əsasları və aparıcı texnologiyaların sintezi əsasında yaradılıb. Hazırda 18 yaşdan 65 yaşa qədər olan və depressiyadan, əsəb gərginliyindən əziyyət çəkən 20 nəfər üzərində təcrübə aparılır. Təcrübənin nəticələri bu ilin ilk yarısında dərc ediləcək. Bununla da ənənəvi müalicə və yeni texnologiyalar arasında müqayisə aparmaq mümkün olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR