Dövlət Departamenti:

İŞİD-in zəbt etdiyi Suriyanın Rəqqa şəhəri ölkənin ərazi bütövlüyünün saxlanılması baxımından yerli sakinlərin nəzarətində qalmalıdır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Bu rayona yerli sakinlər cavabdeh olmalıdırlar. Bu, İŞİD-in qayıtmayacağına zəmanət verəcək bir proses olmalıdır”, - deyə məmur bildirib.

Onun sözlərinə görə, digər azad olunmuş rayonlarda da məhz bu prinsip tətbiq olunur.

“Biz Suriyanın ərazi bütövlüyünü və BMT TŞ-nin 2254 saylı qətnaməsinin nəzərdə tutduğu siyasi prosesi dəstəkləyirik. Bu elə bir prosesdir ki, onu suriyalılar özləri həyata keçirməlidir”, - deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR