"Mançester Yunayted" son anda məğlubiyyətdən xilas oldu

İngiltərə Premyer Liqasında 31-ci tura start verilib.

Metbuat.az xəbər verir ki, turun maraqla gözlənlən oyunlarından birində "Mançester Yunayted" doğma "Old Trafford"da "Everton"u qəbul edib. Matçda hesab 22-ci dəqiqədə açılıb. Fil Caqielka qonaqları önə keçirib. Ancaq "Everton" qələbə hesabını qoruyub saxlaya bilməyib. Oyuna əlavə edilmiş 4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Zlatan İbrahimoviç "Mançester Yunayted"i məğlubiyyətdən xilas edib.

Premyer Liqa

31-ci tur

"Mançester Yunayted" - "Everton" - 1:1

Qollar: İbrahimoviç, 90+4 (pen.) - Caqielka, 22

Aktivində 54 xalı olan "Mançester Yunayted" 5-ci pillədə qərarlaşıb. "Mankunyanlar"dan 3 xal geri qalan "Everton" isə 7-cidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR