Cənub bölgəsində zəlzələ olub

Cənub bölgəsində zəlzələ olub
04:14 5 Aprel 2017
261 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib. APA-nın cənub bürosunun xəbərinə görə,  zəlzələ yerli vaxtla 03:16-da qeydə alınıb.

 

Yeraltı təkanlar bölgənin Lənkəran və Masallı rayonlarında daha çox hiss olunub.

 

Zəlzələ Lənkəranın Separadi, Cil, Vilvan və Zövlə, Masallının Boradigah, Böyük Xocəvər, Qızılavar və Bədəlan kəndləri ərazisində, təxminən 3-4 bal gücündə hiss olunub.

 

Adıçəkilən ərazilərdə dağıntının olmadığı bildirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271362

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR