Sabirabadda qatar "QAZ-31”i vurdu: 2 ölü, 1 yaralı

Sabirabadda qatar "QAZ-31”i  vurdu: 2 ölü, 1 yaralı
06:04 5 Aprel 2017
119 Digər
Ölkə mətbuatı
A- A+

Sabirabadda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, qəza Sabirabad rayonunun Osmanlı kəndi ərazisində qeydə alınıb. Məlumata görə, qatar “QAZ-31” markalı 54 BJ 709 dövlət nömrə nişanlı minik avtomobilini vurub.

 

Qəza nəticəsində avtomobildə olanlardan iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Xəsarət alan şəxs Şirvan şəhər xəstəxanasına yerləşdirib.

 

Qəzanın təfərrüatları, ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR