"Bavariya" məğlub oldu - VİDEO

"Bavariya" məğlub oldu - VİDEO
06:13 5 Aprel 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya Bundesliqasının lideri olan "Bavariya" çempionatın 27-ci turunun səfər matçında "Hoffenhaym"a minimal hesabla məğlub olub.

Publika.az xəbər verir ki, görüş 1:0 hesabı ilə başa çatıb. Oyunda yeganə qolu 21-ci dəqiqədə ev sahiblərinin futbolçusu Andrey Kramariç vurub. Münhenlilər oyunda dönüş yaratmağa çalışsalar da, bu, mümkün olmayıb.

Məğlubiyyətə baxmayaraq, "Bavariya" turnir cədvəlində liderliyini davam etdirir və bu gün "Leypsiq" qələbə qazanacağı təqdirdə birinci yerlə xal fərqini 10-a endirmiş olacaq.

Əlavə edək ki, "Bavariya" bu mövsüm ilk məğlubiyyətini "Borussiya Dortmund"dan alıb (0: 1).


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/193794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR