Astronomlar məhv olmuş planetin qalıqlarını tapdılar - VİDEO

Astronomlar məhv olmuş planetin qalıqlarını tapdılar - VİDEO
06:33 5 Aprel 2017
115 Maraqlı
Ölkə mətbuatı
A- A+

Astrofiziklər Mars orbitində dağılmış planetin "troyan asteroidləri" adlanan qalıqlarını aşkar ediblər.

"Report" xəbər verir ki, bu kəşf Çilidəki "Very Large Telescope" teleskopunun sayəsində mümkün olub.

Tapılan "qalıqlar"ın tərkibinin tədqiqi göstərib ki, aşkar edilən asteroidlər əvvəllər alimlərin diqqət mərkəzinə düşən kosmik "bədən" ilə eynidir.

Tədqiqatçılar bunun sayəsində belə bir qənaətə gəliblər ki, Mars orbitində aşkar edilən asteroid "səpintilər"i bir vaxtlar mövcud olmuş, ola bilsin ki, digər obyektlərlə toqquşma nəticəsində məhv olmuş planetin qalıqlarıdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/paranormal/193795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR