Sabirabadda AĞIR QƏZA: Qatar avtomobili vurdu, 2 nəfər öldü

Sabirabadda AĞIR QƏZA: Qatar avtomobili vurdu, 2 nəfər öldü
06:48 5 Aprel 2017
212 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabadda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, qəza Sabirabad rayonunun Osmanlı kəndi ərazisində qeydə alınıb. Məlumata görə, qatar “QAZ 31” markalı 54 BJ 709 dövlət nömrə nişanlı minik avtomobilini vurub.

Qəza nəticəsində avtomobildə olanlardan iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Xəsarət alan şəxs Şirvan şəhər xəstəxanasına yerləşdirib.

Ölən şəxslərin kimliyi müəyyənləşdirilib - Sabirabad rayonu Qardaşkənd kənd sakinləri, 1967-ci il təvəllüdlü Məmmədov Əflatun Dəmirqulu oğlu və 1967-ci il təvəllüdlü Məmmədov Ağasəf Əkbər oğlu.

Qəzanın təfərrüatları,


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/193796.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR